İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) bu barədə açıqlama yayıb.
Sanksiyaya məruz qalan media qurumları “Lenta.ru”, “Zvezda TV”, “Krasnaya Zvezda” qəzeti, “News Front” xəbər agentliyi, “SouthFront” xəbər saytı, “RuBaltic.ru” və “Strateji Mədəniyyət Fondu”dur.
Media qurumlarına məhdudiyyətlər sabahdan qüvvəyə minəcək.
Fevralın 24-də Rusiyaya qarşı tətbiq etdiyi 16-cı sanksiyalar paketi çərçivəsində Avropa Birliyi bir sıra Rusiya KİV-lərinin, o cümlədən “Eurasia Daily”, “News Front”, “SouthFront”, “RuBaltic.ru”, “Lenta.ru”, “Zvezda TV” və “Strateji Mədəniyyət Fondu”nun yayım lisenziyasını dayandırmışdı.