ABŞ-İran danışıqları davam edərkən ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra “hər məsələdə eyni tərəfdəyik” mesajını verib.
ABŞ prezidenti Tramp İsrailin baş naziri Netanyahu ilə telefon danışığı ilə bağlı “Truth Social” hesabından açıqlama verib.
Tramp açıqlamasında “İsrailin baş naziri Bibi Netanyahu ilə indicə ticarət və İran da daxil olmaqla bir çox mövzuda danışdım. Görüş çox yaxşı keçdi, bütün mövzularda eyni mövqedəyik”, – deyib. Tramp və Netanyahu arasında görüş ona görə vacibdir ki, bu, ABŞ və İran arasında danışıqların davam etdiyi bir vaxta təsadüf edir.
Ağ Evin telefon danışığı ilə bağlı daha ətraflı açıqlama verəcəyi gözlənilir. ABŞ prezidenti Tramp aprelin 18-də deyib ki, İsrail İranın nüvə obyektlərinə mümkün hücum planını təxirə salmır, lakin indiki mərhələdə bunu etməyə tələsmir.
çap et