Vaxt.Az

Alman pivəsi artıq xaricdə məşhur deyil


 

Ölkənin özündə də alkoqollu içkiyə tələb azalıb

Alman pivəsi artıq xaricdə məşhur deyil Alman pivəsi artıq 10 il əvvəlki kimi xaricdə məşhur deyil. Federal Statistika İdarəsi bildirib ki, pivə ixracı ötən il 2014-cü illə müqayisədə 6 faiz azalıb. Almaniyanın özündə də eyni dövrdə tələbin azalması daha da böyük olub, 15,1 faiz təşkil edib.

***

Rəqəmlərə görə, 2014-cü ildə 1,54 milyard litr olan pivə ixracı, 2024-cü ildə təxminən 1,45 milyard litr olaraq reallaşıb. Əvvəlki ildə bunun yüzdə 56-dan az hissəsi Avropa Birliyinə üzv ölkələrin payına düşüb. Daxili pivə tələbatı ixracdan daha kəskin azaldığından, 2014-2024-cü illər arasında ixracın ümumi satışlarda payı 16,1 faizdən 17,6 faizə yüksəlib.

Almaniyada pivə zavodlarının sayı 10 illik müqayisədə 7,4 faiz artıb. Bununla belə, 2023-cü illə müqayisədə bu rəqəm azalıb. Statistika idarəsinin məlumatına görə, pivə zavodlarının sayı 2019-cu ildə pik həddə çatıb və o vaxtdan bəri azalmaqda davam edir. 2024-cü ildə ölkədə 1459 pivə zavodu var idi.

 





22.04.2025    çap et  çap et