Vaxt.Az

İran məsələsi Tramp hökumətini parçalayıb


 

İsrail ABŞ-ın Yaxın Şərqdən çıxmasını istəmir

İran məsələsi Tramp hökumətini parçalayıb İran məsələsi ilə bağlı Tramp hökumətinin iki güclü qrupu təcridçilər ilə İsrailyönümlülər arasında qızğın mübarizə gedir. Məlumdur ki, yeni nüvə sazişi ilə İran məsələsində müharibədən yayınmaq istəyən təcridçilər bununla da ABŞ qoşunlarının Yaxın Şərqdən geri çəkilməsi üçün zəmin yaratmağa çalışırlar.

İsrailyönümlü qrup isə İranın nüvə obyektlərinə zərbələr endirilməsi üçün təzyiqi artıraraq, yeni bir nüvə sazişinə imkan vermək istəmirlər. Bu xüsusda, İsrailyönümlü qrup açıq şəkildə vitse-prezident Vens, müdafiə naziri Heqset, milli təhlükəsizlik direktoru Qabbard kimi təcridçiləri tənqid etməyə, hədəf göstərməyə başlayıb. 

Görünən odur ki, İran məsələsi Tramp Administrasiyasında ciddi çat yaradıb. Tramp bu məsələdə hələ ki, nüvə sazişi tərəfdarı olan təcridçi qrupu dəstəkləsə də, İsrailyönümlülərin əks-kampaniyası Trampı da mövqe dəyişikliyinə məcbur edə bilər.

Ümumiyyətlə, İsrail rəhbərliyinin İrana zərbələr endirilməsi ilə bağlı israrı əsaslı şübhələr yaradır. Ehtimal olunur ki, bu ssenaridə İsrail üçün İranın nüvə silahı əldə etməsindən daha vacib bir məqsəd var: ABŞ-ın Yaxın Şərqdən uzaqlaşmasına imkan verməmək. Aydındır ki, İranın nüvə obyektlərinə zərbələr endirilməsi regionda zəncirvari prosesləri qaçılmaz edəcək. Aviazərbələrdən sonra İranın həm daxilində, həm sərhədlərində toqquşmalar başlaya bilər ki, bu proseslərin də hansı istiqamətə və müddətə təkamül edəcəyi qeyri-müəyyəndir. Bir sözlə, İsrail Yaxın Şərqdə İraq kimi yeni bir bataqlıq yaradaraq, ABŞ-ı regionda saxlamaq istəyir. Bu mənada, İran məsələsinin nüvə silahından daha geniş bir geosiyasi müstəvisi var.

 





22.04.2025    çap et  çap et