“The Free Press”in məlumatına görə, Trampın təşəbbüsü ilə Dövlət Departamentində insan hüquqlarının müdafiəsi, demokratiyanın təşviqi, ekstremizmlə mübarizə və hərbi cinayətlərin qarşısının alınması üçün yaradılmış 132 struktur bölmə bağlanacaq. Bu qərarla nazirliyin ofislərinin sayı 734-dən 602-yə endiriləcək – yəni 17 faizlik azalma baş verəcək.
Bundan əlavə, dövlət katibinin müavinlərinə digər şöbələrdə də əməkdaşların sayını 15 faiz azaltmaq üçün 30 gün ərzində plan təqdim etmək tapşırılıb.
Rəsmi şəxslər bildirirlər ki, bu, Dövlət Departamentində “bütün dövrlər ərzində aparılan ən irimiqyaslı struktur dəyişiklikləridir”. Tramp bu addımla federal hökumətin ölçülərini və fəaliyyət sahələrini kəskin şəkildə məhdudlaşdırmağa çalışır.