Amma statistik meyillər göstərir ki, gənclərin böyük əksəriyyəti hələ də ödənişli əsaslarla oxuyur. Universitetlərin çoxunda “tələbə cəlbetmə” və “məzun istehsalı” əsas prioritetə çevrilib, əmək bazarında isə hər 3 məzundan biri ixtisasına uyğun iş tapa bilmir. Diplomun bazar dəyəri isə hələ də arzuolunan səviyyədə deyil. Valideynlər və gənclər universiteti bilik və bacarıq üçün yox, daha çox “diplom almaq üçün” seçməyə məcbur qalır.
Bütün bu reallıqlar fonunda ortaya belə bir sual çıxır: biz “universitet oxuyan” cəmiyyətik, yoxsa “universiteti oxudan” və onu bazara çevirən? Təhsil dəyər, bilik və inkişaf üçün vasitə olmasa, gənclər sadəcə kağız diplomla əmək bazarında yeni çətinliklərlə qarşılaşacaq. İndi əsas çağırış – artan dövlət dəstəyinin ardınca ali təhsilin keyfiyyətini, nəticələrini və işəgötürən üçün real dəyərini artırmaqdır. Əks halda, kommersiya riski hələ də arxa planda qalacaq.