Vaxt.Az

“Hamınız 1 ilə gedəcəksiniz”


 

Almaniyada Türk əsilli vətəndaşlara qarşı AfD irqçiliyi

“Hamınız 1 ilə gedəcəksiniz” İrqçiliyin artdığı Almaniyada qeyri almanlar tez-tez hücuma məruz qalırlar. Sonuncu qurban isə doğulub boya-başa çatan Əli Çingiz adlı türk olub. Almaniyanın Krefeld şəhərində baş verən hadisədə irqçilik hadisəsi böyük əks-səda doğurub. Türk əsilli alman vətəndaşı mühacir əleyhdarı, ifrat sağçı AfD-nin üzvü kimi təqdim edən alman qadın tərəfindən hədələnib və təhqir edilib.

Şimali Reyn-Vestfaliya əyalətinin Krefeld şəhərində yaşayan Çingiz bir cüt itin bağını zibillədiyini görüb. Qadına xəbərdarlıq edən türk gözlənilmədən sərt cavab alıb.

***

Onun nəzakətli təkidinə baxmayaraq, qarşı tərəfdəki alman təhqirlərə əl atıb və onun üzünə tüpürüb. Əli Çingiz polisə zəng edəcəyini deyəndə qadın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının üzvü olduğunu bildirərək “bir ildən sonra hakimiyyətə gələndə sizin kimilər gedəcək” deyə təhdid edərək uzaqlaşmağa başlayıb.

***

Hadisəni izah edən Əli Çingiz, “Mən burada doğulmuşam. Bu ölkənin bir parçasıyam. 10 ildir ki, qlobal Alman özəl şirkətində menecerəm. Əvvəllər universitetdə dosent olmuşam. Mən mühacir mənşəli bir çox insan kimi çox işləyirəm, vergilərimi ödəyirəm və hər cür töhfə verirəm. Amma bu gün mənə tüpürdülər, təhqir olundum. Bütün bunlar, mən öz mülkümdə itinin ərazimi murdarlayan qadın tərəfindən baş verdi.

***

Almaniyada keçirilən sorğu göstərib ki, 23 fevralda keçirilən ümumi seçkilərdən sonra ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının səsləri artmaqda davam edir.

 





23.04.2025    çap et  çap et