Görüş ABŞ Dövlət katibi Marko Rubio görüşdə iştirakdan imtina etdikdən sonra təxirə salınıb.
Marko Rubio Ukrayna Prezidenti Zelenskinin Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayqcaqları ilə bağlı bəyanatından sonra sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib.
ABŞ prezidenti Tramp Ukraynaya artıq marağını itirib.
Onun başı geosiyasətdən daha çox daxili siyasətə, daxildə dövlət aparatında kök salmış kənar nüfuz şəbəkələri ilə mübarizəyə qarışıb.
Son iki ayda daxili auditoriya üçün Trampın çıxışlarını izləyirəm.
Əsas tezisləri belədir ki, ABŞ universitetləri dövlət büdcəsi hesabına daxili düşmənlər yetişdirməməlidir.
Siyasi qruplar miqrantlardan daxili siyasətdə təsir aləti kimi istifadə etməməlidirlər.
Dövlət büdcəsindən yardımlar adı altında ayrılan pullar əli əyri məmurların ciblərinə və ya xaricdə ABŞ-ın tərəfdaşlarının maraqlarına qarşı yönəlməməlidir və s.
Onun daxili siyasətinin ilkin nəticəsini bir epizodda göstərə bilərəm.
Son iki ayda ABŞ dövlət orqanlarında kök atmış cinayətkar Amerika Erməni Milli Komitəsinin səsini eşidən olub.
Bayden-Blinken idarəciliyində korrupsioner konqresmen və senatorların nitqi ilə hər həftə ABŞ-ı Azərbaycana sanksiya tətbiq etməyə çağırırdılar.
Son aylarda isə hətta hərbi müdaxilə anlamına gələn çağırışlar edirdilər.
Bir sözlə, indi Trampın başı Şeyx Şamil demiş çiyinlərdə gələn düşmənlərlə mübarizə aparmağa qarışıb.
Şeyx Şamil deyirdi ki, düşmənlər ölkəyə öz ayaqları üstündə deyil, at belində olan xainlərin çiynində gəlir…