ABŞ-da ixtisarla bağlı federal hökumət işçi qrupuna Maskın rəhbərlik etməsinə görə “Tesla” ölkə daxilində etirazlarla üzləşib. Baş ofisi Texas ştatının Ostin şəhərində yerləşən şirkət rüblük mənfəətinin 71 faiz azalaraq 409 milyon dollara və ya hər bir səhm üçün 12 sentə düşdüyünü bildirdi. Bu, analitiklərin gözləntilərindən xeyli aşağı idi. Şirkətin yanvar-mart dövründəki gəliri də 9 faiz azalaraq 19,3 milyard dollara düşüb və “Wall Street”in gözləntilərini geridə qoyub.
Məyusedici nəticələr, Maskın Prezident Donald Tramp administrasiyasındakı roluna görə istehlakçıların qəzəbi fonunda şirkət avtomobillərini satmaqda çətinlik çəkdiyi bir vaxtda baş verdi. Onun Avropada ifrat sağçı siyasətçilərə ictimai dəstəyi oradakı bəzi potensial alıcıları da çəkindirib.
Bəzi “Tesla” investorları Maskın hökumətdəki rolu ilə çox məşğul olduğundan şikayətlənirlər ki, bu, “Tesla”nı effektiv idarə etmək qabiliyyətinə təsir edir. “Tesla” səhmləri bu il 40 faizdən çox ucuzlaşıb, lakin son vaxtlar 3 faizdən çox bahalaşıb.