“Tesla”nın baş direktoru Mask dünən bildirib ki, şirkət robotun istehsalı üçün lazım olan maqnitləri idxal etmək üçün Çinlə işləyir. Mask bildirib ki, Çin bu materialların hərbi məqsədlər üçün istifadə olunmadığına dair təminat istəyir.
“Çin onlardan hərbi məqsədlər üçün istifadə olunmadığına dair bəzi təminat istəyir. Bu, açıq-aydın doğru deyil”, – Mask deyib.
Şirkətin mənfəətinin açıqlandığı konfransda danışan Mask “Optimus”un silah olmadığını vurğulayıb.
***
Bu ay Çin ABŞ-ın tariflərinə cavab olaraq nadir elementlərin ixracına məhdudiyyətlər qoyub. Yeni proqram təkcə mineralları deyil, həm də maqnit kimi ikili istifadəli məhsulları da əhatə edir. Analitiklərin fikrincə, bu məhsulları əvəz etmək çox çətin olacaq.
Bu məhsulları satan ixracatçılar indi Çin Ticarət Nazirliyindən lisenziya almalıdırlar. Bu proses olduqca qeyri-müəyyəndir və altı həftədən bir neçə aya qədər davam edə bilər.
İlon Mask daha əvvəl demişdi ki, “Tesla” bu il minlərlə “Optimus” robotu istehsal etməyi planlaşdırır.