Papa Fransisk 2013-cü ildə vəzifəyə gəldikdə, Vatikanda keçirilən andiçmə mərasimi zamanı üzüyü barmağına taxmışdı. Onun səlahiyyət müddətində təntənəli mərasimlərdə taxdığı bu üzüyü minlərlə sadiq katolik hörmət əlaməti olaraq öpüb.
***
Lakin Papanın ölümündən sonra sözügedən üzüyün ya tamamilə qırılması, ya da yararsız hala salınması ənənəvi öhdəlik halına gəlir. Saxta sənədlərin qarşısını almaq məqsədi ilə bu təcrübənin tarixi orta əsrlərə gedib çıxır. Papanın adına yazılmış sənədlərdə istifadə edilən rəsmi möhürün, üzüyün saxtakarlığın qarşısını almaq üçün məhv edilməsi kilsə protokolunun bir hissəsidir.
***
1521-ci ildən bəri davam edən bu ənənə üzüyün çəkiclə parçalanmasını tələb edir. Lakin 2013-cü ildə Papa XVI Benedikt könüllü olaraq vəzifəsindən istefa verdikdən sonra bu ənənəyə dəyişiklik edilib.
Benediktin üzüyü sındırılmaq əvəzinə, xaç həkk edilərək yararsız hala salınıb. Mütəxəssislərin fikrincə, bu simvolik təcrübə dəyişib, çünki bu gün saxtalaşdırma riski keçmişlə müqayisədə xeyli aşağıdır.
***
Papa Fransis sələflərindən fərqli olaraq bütöv qızıldan hazırlanmış ənənəvi üzük əvəzinə qızıl təbəqə ilə örtülmüş gümüş üzük seçmişdi.
Əslində, bu üzüyün əvvəllər Papa VI Pavelin şəxsi katibinə məxsus olduğu və təyinatının dəyişdirilərək Fransis üçün hazırlandığı bildirilir. Beləliklə, Frensis özü üçün yeni bir üzük düzəltmək əvəzinə, kilsə tarixindən bir parça istifadə etməyi seçmişdi.
Vatikan mənbələrinin məlumatına görə, Papa Fransis gündəlik həyatında bu üzüyü nadir hallarda taxıb. O, adətən adi gümüş üzük taxmağa üstünlük veririb.
Üzüyü öpüldükdən sonra özünü narahat hiss etdiyinə dair şərhlər də olub. 2019-cu ildə çəkilən bir videoda Papanın əlini öpmək istəyənləri tutduğu görülüb. Vatikan isə bunun gigiyena məqsədli bir hərəkət olduğunu izah etdi.
***
Ənənəyə görə, “Müqəddəs Roma Kilsəsinin Camerlingi” tituluna sahib olan böyük kardinal, Papanın ölümünü elan etdikdən sonra kardinalların iştirakı ilə üzüyü və digər müqəddəs möhürləri fəaliyyətsiz edir. Bu post hazırda İrlandiyalı kardinal Kevin Cozef Farrelə məxsusdur. Farrelin də əvvəlki təcrübəni izləyəcəyi və üzüyə xaç oyacağı ehtimal edilir.
Yeni Papanın seçiləcəyi toplantıdan əvvəl həyata keçiriləcək bu simvolik proses həm köhnə dövrün sonunu, həm də yeni dövrün başlanğıcını tərənnüm edir.
Katolik dünyası yeni seçiləcək ruhani liderin üzüyünü və onun keçəcəyi yolu səbirsizliklə gözləyir.