Mərmərə dənizində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbul və ətraf vilayətlərdə böyük qorxuya səbəb olub.
Şiddətli zəlzələdən sonra Mərmərə dənizində zəlzələlər davam edir...
Bu zəlzələlərin ən güclüsü saat 13:02-də Büyükçekmece sahillərində baş verib. Zəlzələ və Fövqəladə Hallar Nazirliyi bu zəlzələnin maqnitudasının 4,9 olduğunu açıqlayıb.
Bu zəlzələ ilə yanaşı, saat 12.51-də Mərmərə dənizində 4,4 bal gücündə daha bir zəlzələ baş verib.
Təkirdağ, Kocaeli, Bursa, Çanaqqala və İzmirdə vətəndaşlar küçələrə axışıb.
***
6,2 bal gücündə zəlzələdən sonra İstanbulda ard-arda artçı təkanlar baş verməkdə davam edir. Bi saat ərzində baş verən zəlzələnin dərinliyi və təkanların gücü qeyd olunub.
12:49:10 – 6,2 Mərmərə dənizi – 23,16 km Silivri (İstanbul)
12:51:19 – 5,9 Mərmərə dənizi – 23,88 km Büyükçəkməcə (İstanbul)
12:51:20 – 4.4 Mərmərə dənizi – 14.74 km Büyükçəkməcə (İstanbul)
13:01:02 – 4,8 Mərmərə dənizi – 23,15 km Büyükçəkməcə (İstanbul)
13:02:10 – 4.5 Mərmərə dənizi – 14.24 km Büyükçəkməcə (İstanbul)
13:02:32 – 4,9 Mərmərə dənizi – 16,77 km Büyükçəkməcə (İstanbul)
13:07:01 – 3.4 Mərmərə dənizi – 18.03 km Büyükçəkməcə (İstanbul)
13:16:24 – 3.4 Mərmərə dənizi – 18.66 km Büyükçəkməcə (İstanbul)
13:32:15 – 3.5 Mərmərə dənizi – 20.73 km Büyükçəkməcə (İstanbul)
13:41:19 – 3,2 Mərmərə dənizi – 20,49 km Büyükçəkməcə (İstanbul)
çap et