Vaxt.Az

500 min və 200 min avro


 

AB “Apple” və “Meta”nı cərimələyib

500 min və 200 min avro Avropa Birliyi (AB) Komissiyası “Apple” və “Meta” şirkətlərinin Rəqəmsal Bazarlar Aktı ilə bağlı öhdəliklərini pozduqlarını və buna görə də cərimələndiyini açıqladı. AB Komissiyası birliyin qaydalara əməl etmədiyinə görə “Apple”ı 500 milyon avro, “Meta”nı isə 200 milyon avro cərimələyib.

Xatırladaq ki, AB qaydalarına əsasən, tətbiqlərini “Apple”ın App Store mağazası vasitəsilə yayan tərtibatçılar öz müştərilərini pulsuz məlumatlandırmalı və alternativ təkliflərə yönləndirməlidirlər və “Apple” buna icazə verməyərək öz öhdəliyinə əməl etməyib.

Açıqlamada, “Apple”ın tətbiq etdiyi müxtəlif məhdudiyyətlərə görə proqram tərtibatçılarının “App Store”dan başqa alternativ paylama kanallarından faydalana bilməyəcəyinə diqqət çəkilib.

Açıqlamada AB-nin “Apple”a marşrutla bağlı texniki və kommersiya məhdudiyyətlərinin aradan qaldırılması üçün əmr göndərdiyi və şirkətin qaydaları pozduğuna görə 500 milyon avro cərimələndiyi bildirilib.

Açıqlamada “Meta”nın “ödəniş və ya razılıq” modeli ilə bağlı uyğunsuzluq qərarının verildiyi də bildirilir.

Böyük platformaların AB-nin rəqəmsal qaydalarına əsasən qapıçı kimi təsnif edildiyi və istifadəçilərin şəxsi məlumatlarının xidmətlər arasında birləşdirilməsi üçün onlardan razılıq almalarının tələb olunduğu xatırladılıb və razılıq verməyən istifadəçilərə ekvivalent, daha az fərdiləşdirilmiş alternativ xidmətin təklif edilməli olduğu vurğulanıb.

Açıqlamada “Meta”nın 2023-cü ildə “ödəniş və ya razılıq” modelini təqdim etdiyi xatırladılıb və bu modeldə AB istifadəçilərindən “Facebook” və “Instagram”dan reklamsız istifadə üçün aylıq abunə haqqı və ya məlumat birləşməsinə razılıq tələb olunub.

Açıqlamada AB Komissiyasının Metanın modelinin qaydalara zidd olduğu və şirkətin 200 milyon avro cərimələndiyi qeyd edilib.

Açıqlamada deyilir ki, “Apple” və “Meta” Komissiyanın qərarlarına əməl etməlidir, əks halda onlar müntəzəm cərimələrə məruz qala bilərlər.

2024-cü ildə qüvvəyə minən Rəqəmsal Xidmətlər Qanunu AB bazarında texnologiya şirkətləri üçün qaydaları sərtləşdirdi.

AB keçən il “Apple” və “Meta”nın Rəqəmsal Bazarlar Aktı altındakı qaydalara uyğun olub-olmaması ilə bağlı araşdırmaya başladı.

Bu qərarla AB Komissiyası ilk dəfə Rəqəmsal Bazarlar Aktı ilə bağlı qaydalara əməl edilməməsinə görə cərimə kəsib.

 





23.04.2025    çap et  çap et