AFP xəbər agentliyi dünən hökumət dairələrindən Berlinin Bendler blokunda keçiriləcək mərasimin tarixini öyrənib. Qonaqların və musiqinin seçimi hələ açıqlanmayıb. Bu mərasim alman əsgərləri üçün hərbi şərəfin ən yüksək formasıdır.
***
Almaniyada kansleri yola salanda adətən şəxsən seçilmiş musiqi parçaları səsləndirilir. Keçmiş kansler Angela Merkel Nina Hagenin Şərqi Alman hiti olan “Du hast den Farbfilm vergessen” mahnısını, habelə Hildeqard Knefin “Für mich soll's rote Rosen regnen” şansonunu və “Großer Gott, wir loben dich” himnini istəmişdi. İndi Şolzun seçəcəyi musiqi səbirsizliklə gözlənilir.
Şolz, “svetofor” hökumətinin erkən dağılmasından sonra üç il yarımdan az müddətdə vəzifədə idi.