Vaxt.Az

“İlin sonuna qədər 4500 ola bilər”


 

Bank nəhəngi qızıl proqnozunu artırır

“İlin sonuna qədər 4500 ola bilər” Qızıl qiymətləri artmaqda davam edir. ABŞ-ın bank nəhəngi artan tənəzzül riskləri və ticarət gərginliyi səbəbindən 2026-cı ilin ikinci rübündə qızıl qiymətlərinin unsiya üçün 4000 dolları keçəcəyini proqnozlaşdırır.

“JP Morgan”, artan tənəzzül riskləri, artan ABŞ tarifləri və ABŞ-Çin ticarət müharibəsinin davam edən gərginliyi fonunda qızıl qiymətlərinin 2026-cı ilin ikinci rübündə 4000 dollar həddini keçəcəyini proqnozlaşdırır. Bank 2025-ci ilin dördüncü rübündə qızılın orta qiymətini 3,675 dollar səviyyəsində proqnozlaşdırır, tələb gözləntiləri aşarsa, daha əvvəl 4,000 dolları keçə bilər.

***

İlin əvvəlində 2630 dollardan başlayan qızılın unsiyası 33 faizdən çox bahalaşaraq 3503 dollara yüksəlib.

“Gələn il qızılın qiymətinin unsiya üçün 4000 dollara yaxınlaşacağı proqnozumuzun əsasını bu il orta hesabla rübdə 710 ton xalis qızıla sərmayə qoyan güclü investor və mərkəzi bankın qızıla olan tələbi təşkil edir. Bununla belə, mərkəzi bankın tələbi gözlənilmədən azalarsa və ya ABŞ iqtisadiyyatının tariflərə qarşı dirəniş göstərməsi halında qızılın qiymətinin düşmə ehtimalı ilə bağlı xəbərdarlıq edilir. Bu durumda FED inflyasiya riskləri ilə mücadilədə vəziyyəti nəzarət altına ala bilər”, – “JPMorgan” bildirib.

“Goldman Sachs” bu günlərdə qızılda psixoloji həddi bir unsiya üçün 3,300 dollardan 3,700 dollara qədər yenilədi və 2025-ci ilin sonuna qədər qiymətin 4,500 dollara yaxınlaşa biləcəyini proqnozlaşdırdı.

 





23.04.2025    çap et  çap et