Çinə tətbiq edilən tariflərin nə qədər tez endirilə biləcəyi ilə bağlı suala o, belə cavab verib: “Bu, onlardan asılıdır”. Tramp cavab olaraq 90 ölkənin tariflərlə bağlı onunla əlaqə saxladığını və hamısının razılaşmaq istədiyini bildirib.
“Düşünürəm ki, böyük müqavilələr bağlayacağıq. Bir şirkət və ya bir ölkə ilə razılaşmasaq, tarifi biz təyin edəcəyik. Önümüzdəki iki, üç həftə içində bunu təyin edəcəyik”, deyən Tramp “iflas” razılaşmaları yerinə ədalətli anlaşmalar əldə edəcəklərini vurğulayıb.
Çin üçün yeni faiz təyin oluna biləcəyinə diqqət çəkən Tramp, hazırda bir çox ölkə ilə danışıqlar apardıqlarını bildirib.
Tramp hələ ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell ilə danışmadığını, lakin edə biləcəyini ifadə edərək, “Faiz dərəcələrini aşağı salmamaqla səhv etdiyinə inanıram. Faizləri çox yüksək saxlayır”, – deyib.
***
Kanadaya 25 faizlik tarif tətbiq edildiyini xatırladan Tramp, avtomobillər üçün bu nisbətin arta biləcəyini bildirib.
Tramp deyib ki, tariflərin tətbiqi “biz sizin avtomobillərinizi istəmirik, öz maşınlarımızı yaratmaq istəyirik” demək deməkdir.
Maşınlara və avtomobil hissələrinə tarifləri tənzimləməyi düşünüb-düşünmədiyini soruşduqda, Tramp belə cavab verdi: “Xeyr, biz bunu hazırda düşünmürük, amma nə vaxtsa bu, arta bilər”, – cavabını verdi.
Tramp Kanada ilə razılaşma üzərində işlədiklərini bildirib.