Vaxt.Az

“Hər kəs işin bir parçası olmaq istəyir”


 

Tramp Çin razılığa gəlməyincə tariflərin aşağı salınmayacağını deyib

“Hər kəs işin bir parçası olmaq istəyir” ABŞ prezidenti Donald Tramp Çinə tətbiq edilən 145 faizlik gömrük rüsumunun yüksək olduğunu, lakin Pekinlə gömrüklə bağlı razılıq əldə olunmayana qədər bunun azalmayacağını bildirib.

ABŞ Prezidenti Tramp Oval kabinetdə keçirilən imzalanma mərasimində ABŞ və Çin arasındakı tarif mübahisəsindən danışıb.

Tramp bu mövzuda hər gün Çinlə görüşdüyünü və Çin prezidenti Si Cinpinlə yaxşı anlaşdığını, lakin tarif məsələsində həll yolu tapılması lazım olduğunu bildirib.

Çinə tətbiq edilən 145 faizlik tarifin yüksək olduğunu ifadə edən Tramp, "Hələ o faizi endirməmişəm. Dedim ki, yüksək tarifdir. Liderlərlə çox yaxşı anlaşıram. Bilirsiniz, biz razılaşa bilərik. Olmazsa, bir dərəcə təyin edəcəyik. Məncə onlar da bura gəlsələr, bu sövdələşməni edərik”, – deyib.

ABŞ prezidenti Tramp mövzu ilə bağlı verdiyi son açıqlamada, “Çin ilə ədalətli bir razılaşma əldə edəcəyik. Ədalətli olacaq. Hazırda hər şey (danışıqlar) aktivdir. Hər kəs etdiyimiz işin bir parçası olmaq istəyir”, – deyib.

Tramp bir gün əvvəl verdiyi açıqlamada Çinlə tarif məsələsində sərt oynamayacağı mesajını verərək, “Çox yumşaq olacağıq. Onlar çox yumşaq davranacaqlar. Sonra nə olacağını görəcəyik. Amma sonda razılaşmaq məcburiyyətindədirlər, çünki əks halda ABŞ ilə iş görə bilməyəcəklər”, – deyib.

 





24.04.2025    çap et  çap et