Vaxt.Az

Qazax kəndlərinin təhvili ləngiyir


 

Erməni mövqelərinin ölkə daxilinə geri çəkiləcəyi üçün proses uzanır

Qazax kəndlərinin təhvili ləngiyir Tavuş bölgəsində çalışan jurnalist Voskan Sarqsyan bildirib ki, növbəti danışıqlar mərhələsinin 15 aprelə planlaşdırıldığı açıqlansa da, Azərbaycanın yeni ərazilərinin təhvil verilməsinə hazırlıq səbəbilə proses ləngiyir.

“Rəsmi olaraq elan olunub ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin növbəti mərhələdə demarkasiyası Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin birləşdiyi ərazidə — Noyemberyan icmasının sərhəd zonasında, konkret olaraq Koxb və Berdavan kəndlərinin yaxınlığında həyata keçiriləcək. Bu, Cənubi Qafqazın üç respublikasının sərhədlərinin qovuşduğu nöqtədir. Tavuşun sərhəd zonasında xidmət edən müqaviləli hərbçilər, anonimlik şərti ilə, yeni demarkasiya mərhələsinin 15 aprel tarixində başlamalı olduğunu bildiriblər: buna əlverişli hava şəraiti də kömək edir. Lakin sərhədçilərin sözlərinə görə, demarkasiya nəticəsində bəzi ərazilərin Azərbaycana təhvil veriləcəyi və erməni mövqelərinin ölkə daxilinə geri çəkiləcəyi üçün proses uzanır. Yeni mövqelər isə hələ qazılmayıb və avadanlıqla təmin olunmayıb”, — deyə jurnalist qeyd edib.

Onun sözlərinə görə, hərbçilər bildirib ki, delimitasiya və demarkasiyadan sonra sərhəd xətti Berdavan və Koxb kəndlərinin yaxınlığından keçəcək və bu səbəbdən yerli sakinlər kənd təsərrüfatı torpaqlarının bir hissəsindən istifadə edə bilməyəcəklər.

 





24.04.2025    çap et  çap et