***
“Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqavilə” və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Media Qrupu arasında Əməkdaşlıq Sazişi” də var.
Həmkarlarımızı təbrik edir və uğurlar arzulayırıq.
Bu tarixi sənədlərin içərisində bir sənəd də var ki, yaddaşa, duyğulara xitab edir, dərin hissiyyat yaradır. Həmin sənədi – “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla imzalayıblar.
Kim düşünə bilərdi ki, belə yüksək səviyyəli mərasimdə Sincan-Uyğur Muxtar rayonunun və Urumçi şəhəri merinin adı da yer alacaq?
Əminəm ki, bu, sadəcə bir “Niyyət Məktubu” deyil. “Bizim ailəmiz Türk dünyasıdır” deyən Azərbaycan Prezidentinin əzminin, israrının, soyuqqanlı, təmkinli, uzaqgörən siyasi xəttinin bəhrəsidir. Belə bir tarixi gündə və mühüm sənədlərin içərisində bu “Niyyət Məktubu”nun yer almasının həm dərin mənası, həm də emosional çəkisi var.
Heyranlıq və qürur doğurur.
Növbəti dəfə bu duyğuları yaratdığına və yaşatdığına görə cənab Prezidentə sonsuz minnətdarlıq və təşəkkürümüzü çatdırırıq.