Vaxt.Az

Tələbələr tənbəlləşir


 

Avropa məktəblərində Süni intellektdən asılılıq artır

Tələbələr tənbəlləşir Süni intellektdən asılılıq artır. Mütəxəssislər şagirdlərin ev tapşırıqlarını süni intellektlə yerinə yetirmə vərdişinin sürətlə yayıldığını bildirərək, bunun onların yazı bacarıqlarını sönükləşdirdiyini və intellektual inkişafını təhlükə altına atdığını vurğulayıb.

Avropada orta məktəb şagirdləri arasında getdikcə daha çox yayılan təhlükəli vərdişi – süni intellektə aludəçiliyi artıb. Tələbələr artıq öz zəhmətləri ilə deyil, birbaşa süni intellekt alətlərindən istifadə edərək tapşırıqlarını hazırlayırlar. Bu vəziyyət təkcə yazı bacarıqlarının zəifləməsinə səbəb olmur, həm də intellektual inkişafa, orijinallıq axtarışına və öyrənmək istəyinə ciddi zərbə vurur.

Xüsusilə “ChatGPT” kimi alətlərin geniş tətbiqi ilə tələbələrin “onsuz da daha yaxşısını edə bilmərəm” düşünməyə başladığına diqqət çəkən ekspertlər, bu yanaşmanın gənclərin özünə inamını sarsıda, onları düşünməkdən, yaratmaqdan uzaqlaşdıra biləcəyini deyir.

Araşdırmalara görə, 13-17 yaş arası gənclərin əhəmiyyətli bir hissəsi ev tapşırıqları ilə süni intellekt dəstəkli tətbiqlərdən kömək alır. Bu, məktəblərdə “boş səhifə qorxusu”nu artırır və klaviaturanı qələmdən üstün tutan yeni nəsil yaradır.

Mütəxəssislər vurğulayır ki, həll yolu süni intellektə tamamilə qadağa qoymaq deyil, ona ondan düzgün istifadə etməyi öyrətməkdir. Pedaqoqların vəzifəsi şagirdlərə öz fikirlərinin dəyərli olduğunu göstərmək, yazı prosesini yenidən aktivləşdirmək və şəxsi ifadəni təşviq etmək olmalıdır.

 





24.04.2025    çap et  çap et