Şirkətin açıqlamasına görə, ixtisarlar “Dunkerque”, “Florange”, “Basse-Indre”, “Mardyck”, “Mouzon”, “Desvres” və “Montataire” zavodlarını əhatə edir. Bu fabriklərdə ümumilikdə 7100 nəfər çalışır. “ArcelorMittal” daha əvvəl də Avropada rəqabət qabiliyyətinin itirilməsi səbəbindən bəzi dəstək bölmələrini Hindistana köçürəcəyini açıqlamışdı.
CGT həmkarlar ittifaqı bu qərara sərt reaksiya verib: “Biz şimaldayıq, metal işçisiyik, təslim olmayacağıq” deyərək aksiyaya hazırlıqlara başladıqlarını açıqlayıblar. Şirkətin 2025-ci ilin birinci rübünün maliyyə nəticələrini aprelin 30-da açıqlayacağı gözlənilir.