Vaxt.Az

“Averroes” məhkəməni uddu


 

Müsəlman liseyi Makron hökumətinə qalib gəldi

“Averroes” məhkəməni uddu Fransanın Lill şəhərində 2023-cü ildə dövlətlə imzalanan müqaviləsi respublika prinsiplərinə zidd olduğu üçün ləğv edilən müsəlman “Averroes” (İbn Rüşd) liseyi məhkəmə qərarı ilə dövlət dəstəyi almaq hüququnu bərpa edib. Müsəlman tələbələrin təhsil aldığı ölkənin aparıcı liseylərindən biri olan özəl “Averroes” liseyi dövlətlə bağladığı müqaviləyə xitam verilməsinə qarşı qaldırdığı iddiada qalib gəlib.

***

Liseyin vəkili Sefen Guez, özəl “Averroes”in dövlətlə müqaviləsinə xitam verilməsinə qarşı qaldırdığı iddia ilə bağlı sosial media platformasının “X” hesabında paylaşım edib. Yazıya görə, Lill İnzibati Məhkəməsi vilayət qubernatorluğunun orta məktəbin dövlətlə bağladığı müqavilədən imtina barədə qərarını ləğv edib və müqavilənin dərhal bərpasına qərar verib.

***

“Averroes” dərnəyi tərəfindən edilən açıqlamada, bir neçə ildir ki, liseyə təzyiqlərin olmasına baxmayaraq, məhkəmə orqanlarının həyata keçirdiyi işdən məmnun olduqları bildirib. Məhkəmə qərarı ilə lisey dövlətlə müqaviləsi ləğv edildikdən sonra ödənməyən yardımı yenidən almaq hüququ qazanıb.

Qeyd edk ki, Lill Qubernatorluğu 2023-cü ilin dekabrında universitetə ​​yerləşdirmə müvəffəqiyyəti yüzdə 90-dan çox olan Lildəki “Averroes” Liseyinin dövlət müqaviləsini ləğv etmək qərarına gəlmişdi. Qərar liseyin daimi müəllimlərini və illik büdcəsindən yarım milyon avro dövlət yardımını itirməsi ilə nəticələnmişdi.

 





24.04.2025    çap et  çap et