Zəlzələ və Fövqəladə Halların Departamentinin (AFAD) məlumatına görə, zəlzələdən sonra 184 yeraltı təkan qeydə alınıb.
***
AFAD-dan verilən açıqlamada, dünən saat 12.49-da Mərmərə dənizinin Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələnin Şimali Anadolu Fay Zonasının Mərkəzi Mərmərədən keçən hissəsində baş verdiyi bildirilib.
İlk təkanın yerin təxminən 7 kilometr dərinliyində meydana gəldiyi və 13 saniyə davam etdiyi vurğulanan açıqlamada, “Zəlzələ episentrdən 300 kilometr radiusda olan vilayətlərimizdə hiss olundu. Əsas təkandan sonra indiyə qədər ümumilikdə 184 artçı təkan qeydə alınıb. Bu təkanlar 4 baldan yuxarı təkanlarn maksimumu isə 7 ola bilər. Bu təkanlar önümüzdəki günlərdə bir müddət davam edəcək”, – deyilir.
Açıqlamada, zəlzələdən sonra meydana gələn təkanların paylanmasının təxminən 10-15 kilometr şərq xəttində cəmləndiyi və xüsusilə Mərmərə Mərkəzi Xəndəyinin şimal kənarında və əsas qırılma xəttinə yaxın ərazilərdə cəmləşdiyi bildirilib.
Açıqlamada müxtəlif elm sahələrini təmsil edən akademiklərdən ibarət “AFAD Zəlzələ Elm Şurası” üzvlərinin İstanbuldakı zəlzələlərlə bağlı qiymətləndirmələri də yer alıb.
***
Elmi Şuranın qiymətləndirmələrinin zaman-zaman ictimaiyyətlə paylaşılacağı bildirilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib: “Zəlzələ Elmləri Şurasının yer elmləri mütəxəssisləri olan üzvlərimiz tərəfindən edilən dəyərləndirməyə görə, 6.2 bal gücündə zəlzələ yüksək sürətlənmə dəyərlərinə malik deyil.
Zəlzələ Şimali Anadolu Fayının qopma mexanizmi ilə uyğun gələn sağ yana doğru sürüşmə qopma mexanizmini göstərir. İlkin təhlillər göstərir ki, uzunluğu təxminən 15 kilometr və eni 9,5 kilometr olan bir seqment parçalanıb.
Qırılma üzərində sağ tərəfə sürüşmə təxminən 30 santimetrdir. Tikili zədələnməsinin aşkarlanması yerində yoxlama tələb edən texniki prosesdir.
Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyimiz səlahiyyətliləri sahə skanlama işlərini davam etdirir. 112-yə edilən zənglərin sayı indiyədək 10 mini keçib. Bunlardan 296-sı vətəndaşlarımız tərəfindən strukturlarla bağlı edilən bildirişlərdir.
Vətəndaşlarımıza rəsmi texniki işçilər gəlib lazımi yoxlama aparana qədər belə binalara girməmələri və uzaq durmaları tövsiyə olunur”.