Vaxt.Az

İstanbul səhərə qədər silkələnib


 

Səhər baş verən növbəti zəlzələ 4,1 bal olub

İstanbul səhərə qədər silkələnib Bu gün Türkiyə vaxtilə saat 07:19 radələrində İstanbulun Büyükçəkməcə rayonunda 4,1 bal gücündə zəlzələnin baş verdiyini açıqlanıb. Digər tərəfdən İstanbulda yeraltı təkanlar gecə boyu davam edib.

Zəlzələ və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, zəlzələnin episentri Mərmərə dənizinin Büyükçekmece sahilləri olub.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Kandilli Rəsədxanası zəlzələnin maqnitudasının 4,6, dərinliyinin isə 16,9 kilometr olduğunu bildirib.

***

İstanbulda zəlzələ gecə yarısına qədər davam edib. Saat 00:00-a olan məlumata görə, şəhərdə 3,7 və 3,9 bal gücündə iki zəlzələ baş verib. Digər tərəfdən, 3 baldan aşağı bir çox zəlzələ baş verib.

Mərmərə Bölgəsində baş verən təkanların sayı 150-yə yaxınlaşıb. Təkanlardan səkkizi 4 və ya daha çox bal gücündə olub.

 





24.04.2025    çap et  çap et