Vaxt.Az

«Fərasətə bax, hamını aldadıb»


 

Elnur Aslanovun Mərkəzi Kəşfiyyat İdarəsi ilə yazışmaları üzə çıxdı (FOTOLAR)

«Fərasətə bax, hamını aldadıb» Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovla bağlı «Haqqın.az» saytı maraqlı araşdırma yazısı ilə çıxış edib.

Ətrafında cəmləşən onlarla həmfikirə Elnur Aslanovun təsir göstərə bildiyini aydın görmək mümkündür. İlk baxışdan hərəkətləri və formalaşdırdığı nüvə müəyyənləşsə də, mənsub olduğu təşkilata aidiyyətini təsdiqləmək hələ mümkün deyil. Amma etibarlı mənbələrdən verilən ilkin məlumatlarda bunun müvəqqəti olduğu deyilir. 

Prezident Administrasiyasında Siyasi analiz və informasiya şöbəsinin müdiri postunu tutmaqla o, son illər xarici kəşfiyyat orqanlarının, ələlxüsus Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təsiri altında olub və ən etibarlı və qiymətsiz xəbər mənbəyinə çevrilmişdi. Təbii ki, söhbət onun Amerikanın qeyri-leqal kəşfiyyat strukturu olan «Stratfor»un yüksək çinli məmurları ilə gizli əməkdaşlığından gedir. Məlumdur ki, bu qurum MKİ-nin kölgə təşkilatı sayılır. Bu təşkilatın fəaliyyət prinsipləri ondan ibarətdir ki, əgər «obyekt» onlar üçün qiymətli sayılarsa, dərhal «Stratfor» əməkdaşlarının nəzarətinə götürülür. Sözügedən təşkilatın direktoru Corc Fridman adətən bu işləri özünün analitiki Reve Balleyə həvalə edir, hansı ki, xəbər toplaması üçün 2012-ci ilin iyununda Venesuelada səfərdə idi.

Fridmanın ona yazdığı məktubdan: «Əgər siz obyekti qiymətli sayırsınızsa, dərhal nəzarətə alın. Nəzarətə pul, psixologi, hətta seksual müstəvi ilə götürmək olar. Vəziyyət o həddə gətirilməlidir ki, biz nə istəyiriksə, həmin şəxs dərhal tapşırıqlarımızı yerinə yetirsin, əməl etsin».

Daha sonra Fridman həyasızcasına və gizlətmədən etiraf edir ki, onun nəzarəti əsas kəşfiyyat strukturunun «törəmə» qoludur: «Belə olan təqdirdə şikarın məsələni və məqsədi yerinə yetirməməsi qeyri-mümkündür».

Maraqlıdır ki, «Stratfor» bosu Corc Fridmanın məktub ünvanladığı xanım Reve Balle 2011-ci ilin payızında Bakıda olub və Elnur Aslanovla sıx təmaslara girib.

Məhz Aslanov sözügedən xanımın Azərbaycanın dilbər güşələrdən biri - cənub bölgəsinə səfərini təşkil etmişdi və bu bölgənin mətbəxinin ekzotik yeməklərini daddırmışdı. Məhz bundan sonra prezident komandasının məmuru «Stratfor»la əlaqə yaradaraq, xanım Reve ilə regional məsələləri müzakirə etməyə hazır olduğunu bildirmişdi.

Budur, Elnur Aslanovun Vaşinqtona göndərdiyi elektron poçtunun skrinşotu: Etiraf etməsi üçün Elnur Aslanovun diqqətinə onun «e-mail»nin surətini çatdırmaq istərdik. Orada göstərilib ki, Aslanov düz saat 15:00-da Prezident Aparatında öz kabinetində Reveni gözləyir.

Əks halda ona nəyisə sübut etmək olmur. Hansı yolla və hansı şəkildə Aslanovu ələ almasını yalnız xanım Reva Balla və onun kuratorları bilir. Mötəbər strukturlarda bu cür peşəkar ələalmanın adı sadəcə, «verbovka» sayılır.

Elektron poçtlarındakı yazışmalardan da aydın görünür ki, «Stratfor» bir neçə dəfə və müxtəlif dövrlərdə Elnur Aslanovu «verbovka» edib. Bütün bunlardan sonra çəkinmədən Vaşinqtondan kəşfiyyat xarakterli məlumatlar ona və formalaşdırdığı nüvəyə göndərilirdi. Dövlət əhəmiyyəti kəsb edən məlumatın araşdırılması üçün 2010-cü ildə göndərilən sorğunun nümunəsini təqdim edirik.

Lauren Qudriçin ona yazdığı məktubdan:

«Məndə maraq kəsb edən məlumat var ki, Amerika ilə münasibətlərin sərinləşməsindən sonra Prezident Administrasiyasının təmsilçiləri Moskvaya səfər ediblər. Mənə maraqlıdır ki, Rusiya onlara nə vəd verəcək?»

Oxucunu gözləntidə saxlamaq üçün ünvan sahiblərinin adını Lauren Qudriç kimi təqdim edirik. Gözləntilərimiz bizi dəhşətə gətirdi - məsələ burasındadır ki, fikirlərimizdə Elnur Aslanovun planlarını reallaşdırmaqda təkcə «1news.az» informasiya saytından yararlandığını zənn edirdik. Sonradan məlum oldu ki, işdən çıxarılan Prezident Aparatı məmurunun digər strukturlara da təsiri varmış. Yuxarıda adı çəkilən agentliyin şefi ehtiyatlı davranaraq, heç bir iz saxlamır, yazışmalar aparmır və elektron təmaslarına girmir. Şef lazımı xəbəri yalnız agentlikdə çalışan Amerikanın emissarları vasitəsi ilə ötürür. Məlumat var ki, hətta bu agentliyin «Stratfor»la müqaviləsi var və Elnur Aslanov okeanın o tayındakı dostlarına lazımı xəbəri ara vasitəçiləri ilə ötürürmüş. Halbuki Elnur Aslanovun özü dəfələrlə nə belə elektron poçtunun, nə də ki, nurçularla əlaqəsinin olduğunu etiraf etmişdi. Amma biz onu mütləq təəssüfləndirəcəyik. Belə iz tapmışıq.

Bakı məktəblərinin birində çalışan və olduqca ehtiyatlı davranan müəllimin olması bizə yeni dəlillər verir. İndi əminliklə vurğulaya bilərik ki, dəfələrlə qərbli maraqlı dairələr Ərəbistanda baş verənləri Elnur Aslanovun vasitəsi ilə Azərbaycana göstərmək istəyiblər ki, rəsmi Bakının bu hadisələrə immunitetini yoxlasınlar. Ancaq görünən odur ki, oyun hələ başa çatmayıb və yaxın vaxtlarda diqqətinizə yeni materialları təqdim edəcəyik. (Axar.az)

 





22.04.2014    çap et  çap et