Maraqlandıqda məlum oldu ki, əvvəllər burada daha çox rus dili kursları varmış. Lakin SSRİ dağılandan sonra Amerika gənclərinin də rus dilinə marağı qalmayıb və onlar Çin dilini öyrənməyə üstünlük veriblər.
İndi düşünürəm ki, Azərbaycanla Çin arasında həm biznes, həm də elm, təhsil və texnologiyalar sahəsində imzalanan strateji razılaşmalardan sonra güman ki, Çin dili ölkəmizdə yeni önəm qazanacaq.
Çin dilinə olan marağın da kəskin artacağı gözləniləndir.
Düşünmək olar ki, Çin dili kursları artacaq, özəl və dövlət məktəbləri, universitetlər bu dili tədris etməyə başlayacaqlar.
Əlbəttə, Çin bazarlarına çıxış üçün, texnologiya və ticarət sahəsində üstünlük və birbaşa əlaqə üçün, biznes üçün, gənclərin yeni təhsil və iş fürsətləri üçün bu dil getdikcə daha çox əhəmiyyət kəsb edəcək.
Düşünürəm ki, hökumət tərəfindən Çin dili ilə bağlı müəllim hazırlığı və təqaüd proqramları yaratması, tədris proqramlarına Çin dilinin əlavə edilməsi, Çin universitetləri və institutları ilə tələbə mübadiləsinin artırılması doğru və faydalı olardı.
Valideynlər də fərqində olmalıdırlar ki yaxın gələcəkdə bizə biznes və ticarət, texnologiya və innovasiyalar, logistika və diplomatiya sahələrində Çin dili bilən kadrlara böyük ehtiyac yaranacaq.
P.S. Sayt redaksiyaları da fərqində olsunlar ki, bəzi milli internet resurslarımız ənənəvi 3 dildə yox, 4 dildə ola biləcək.