Vaxt.Az

Qeyri neft sektorunda inkişaf


 

Təkcə 55 adda hərbi təyinatlı məhsul satırıq

Qeyri neft sektorunda inkişaf Devalvasiya – bir ölkənin milli valyutasının məzənnəsinin rəsmi şəkildə xarici valyutalara nisbətən aşağı salınmasıdır. Bu proses adətən dövlətin və ya mərkəzi bankın qərarı ilə həyata keçirilir və əsasən ixracatı stimullaşdırmaq, tədiyyə balansını yaxşılaşdırmaq və xarici valyuta ehtiyatlarını qorumaq məqsədi daşıyır.

 

Devalvasiyanın mahiyyəti

 

Devalvasiya aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:

Rəsmi məzənnənin dəyişməsi: Dövlət və ya mərkəzi bank yerli valyutanın dəyərini xarici valyutalara qarşı aşağı salır.

İdxal bahalaşır: Çünki xarici valyutaya ehtiyac artır və xarici mallar daha baha başa gəlir.

İxrac ucuzlaşır: Yerli mallar xaricdə daha ucuz görünür və ixrac stimullaşır.

İnflyasiya riski artır: Xüsusilə idxaldan asılı olan ölkələrdə qiymətlər sürətlə arta bilər.

Əmanətçilər üçün risk: Pulun dəyəri azaldığı üçün milli valyutada saxlanılan əmanətlərin real dəyəri düşür.

Tarixi nümunələr.

1. Azərbaycan (2015-ci il)

2015-ci ildə Azərbaycan Mərkəzi Bankı 2 dəfə devalvasiya həyata keçirdi. Fevral və dekabr aylarında manatın ABŞ dollarına qarşı dəyəri kəskin aşağı düşdü. O zaman filial müdiri işlədiyim Texnikabankda ikinci devalvasiyadan sonra müflis elan edildi.

Səbəblər:

Neft qiymətlərinin düşməsi,

Tədiyyə balansında kəsir,

Valyuta ehtiyatlarının azalması.

2. Rusiya (1998 və 2014-cü illər)

1998-ci ildə Rusiya rublunun kəskin devalvasiyası iqtisadi böhranla nəticələndi. 2014-cü ildə də Krım böhranı və Qərb sanksiyaları nəticəsində rubl ciddi şəkildə ucuzlaşdı..

Bir neçə cümlə ilə devalvasiyadan dövlətin necə qazandığını sadə dildə izah edim. Misal olaraq Azərbaycanı götürək.

Dövlət büdcəsi, dövlətin bir il ərzində dövlətin gəlir və xərclərinin məcmusudur.

Dövlət büdcəsinin təqribən 50 faizi ölkə əhalisinə milli valyuta ilə ödənilən əmək haqqı pensiya və digər ödənişlərdən ibarətdir. Devalvasiyadan ən çox itirən gəlirləri büdcədən maliyyələşən əhali (əmək haqqı, və sosial ödənişlər) olur .

Dövlət büdcəsinin gəlir hissəsi isə dövlətin ixrac əməliyyatlarından (net, qaz)xarici valyutada formalaşan gəlirləri hesabına formalaşır.

Deməli devalvasiyada dövlətin alacaqları dəyər itirmir verəcəkləri isə dəyər itirir.

Bir sadə hesablama aparmışam bunu nəzərinizə çatdırım.

Fərz edək sabah bir dollar 1,7 manatdan 2 manata qalxarsa.

Ölkəmizdə büdcənin əmək haqqı və digər sosial ödənişlərə xərclədiyi məbləğ  15.2 milyard manatlıq sosial ödənişlər sabit qalırsa (yəni dövlət bu vəsaiti artırmır), devalvasiyadan sonra:

Valyuta gəlirlərinin artması hesabına dövlət daha az dollarla bu xərcləri ödəyə bilər.

Hesab:

Devalvasiyadan əvvəl 15.2 milyard manat = 8.94 milyard dollar (1 dollar = 1.7 manat)

Devalvasiyadan sonra 15.2 milyard manat = 7.6 milyard dollar (1 dollar = 2 manat)

Fərq:

8.94 - 7.6 = 1.34 milyard dollar “qənaət”

Bu fərq yalnız xarici valyuta ilə gəlir əldə edən dövlət üçün real qənaət olur, çünki manatla ödənişləri eyni saxlayaraq daha az dollar xərcləyir.

Hal hazırda neftin qiyməti 50-60 dollar civarında olarsa, Azərbaycanda devalvasiya gözlənilmir.

Çünki bu il, ölkəmizin qeyri neft sektoru ixracatında kənd təsərrüfatı və müdafiə sənayesi sahəsində böyük artım baş verib. Təqribən biz xaricə 55 sayda hərbi təyinatlı məhsul satırıq bu qürurvericidir.

 





23.04.2025    çap et  çap et