Vaxt.Az

“Növbəti təkanlar şok ola bilər”


 

Maraş zəlzələsini proqnozlaşdıran Frank Huqerbitsdən yeni açıqlama

“Növbəti təkanlar şok ola bilər” 6 fevral 2023-cü ildə Qəhrəmanmaraş zəlzələsini proqnozlaşdıran avstraliyalı Frank Huqerbits indi yeni zəlzələ proqnozunu paylaşıb.

Huqerbits İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra yeni açıqlama verib.

***

Huqerbits, dünən İstanbulda baş verən zəlzələdən sonra aşağıdakı paylaşımı edib: “Türkiyənin qərbində meydana gələn 6,2 bal gücündə zəlzələ Mərmərə dənizində 12 km dərinlikdə baş verib. Bu bölgənin 7,0-7,6 ​​diapazonunda zəlzələ törətmə potensialı var. Məsələn, 1509-cu ildə İstanbulun şərqində baş verən 7,2 bal gücündə zəlzələ baş vermişdi. Biz İstanbulda 7,6 bal gücündə zəlzələ ola bilər. Bugünkü zəlzələ güclü olub və növbəti təkanlar isə şok ola bilər”.

Qeyd edək ki, 6 fevral 2023-cü ildə baş verən Qəhrəmanmaraş zəlzələsindən xəbər verən Huqerbits fevralın 3-də etdiyi paylaşımda, “Gec ya tez bu bölgədə (Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya və Livan) 7,5 bal gücündə zəlzələ olacaq”, – demişdi.

 





24.04.2025    çap et  çap et