Krım Dövlət Teleradio verilişləri şirkəti bu gündən etibarən Krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmilin və Krım Tatarları Məclisinin rəhbəri Refat Çubarovun DTRK «Krım» televiziyasının efirində görüntülənməsinə qadağa qoyub.
ANS PRESS-in verdiyi məlumata görə, bu barədə «Krım» televiziyasının əməkdaşlarından biri məlumat verib. Onun bildirdiyinə görə, kanal məclis üzvlərinə qarşı da veto qoyub.
Bundan başqa, DTRK «Krım» televiziyasının birləşmiş yaradıcılıq studiyasının direktoru Seyidislam Kişveyevi və baş redaktor Şevket Qaniyevi «məzuniyyətə» göndəriliblər.
çap et