Vaxt.Az

“Soyqırım” demədi


 

Tramp 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırdı

“Soyqırım” demədi Ağ Ev ABŞ prezidenti Donald Trampın imzaladığı xatirə mesajını paylaşıb. Dörd paraqrafdan ibarət anım mətnində “soyqırım” ifadəsi yer almayıb.

***

Tramp öz bəyanatında əvvəlki prezidentlərin işlətdiyi “böyük fəlakət” mənasını verən “Meds Yeghern” erməni ifadəsini də işlədib.

Bəyanatda 1915-ci il hadisələri üçün “Böyük fəlakət” mənasını verən ermənicə “Meds Yeghern” ifadəsindən istifadə edilərək, “Bu gün biz Meds Yegherni yad edirik və 20-ci əsrin ən dəhşətli fəlakətlərindən birində əziyyət çəkən o gözəl ruhların xatirəsini ehtiramla anırıq” deyilir.

Bəyanatda ABŞ prezidenti Donald Tramp administrasiyasının dini azadlıqların və həssas azlıqların qorunmasına sadiq qaldığı bildirilib və əlavə edilib: “Biz Ermənistanla strateji tərəfdaşlığımızı davam etdirməyi və regional sabitliyi qorumağı səbirsizliklə gözləyirik”.

***

ABŞ prezidenti Donald Trampın sələfi Co Bayde 2021-ci ildə vəzifəyə gəldikdən sonra 24 aprel tarixində etdiyi ilk bəyanatında "soyqırım" ifadəsini işlədib və bunu edən ilk Amerika prezidenti olub.

 





25.04.2025    çap et  çap et