Bu hadisələr qlobal bazarlarda qiymətlərə müsbət təsir göstərib.
“Wall Street” indeksləri Trampın Çinlə ticarət danışıqlarını elan etməsindən sonra yüksəlib – Çin bunu rədd edir – və FED rəsmilərinin açıqlamaları iyun ayında faiz endirimi gözləntilərini dəstəkləyib.
Ağ Evin barışdırıcı mövqeyi bazarlara risk iştahasını qaytardı. “S&P 500” günü 2 faiz, “Nasdaq 100” isə 2,8 faiz artımla başa vurub. Yeni ticarət günündə fyuçers indeksləri yüksəlməyə davam edir.
Gec ticarətdə güclü balans hesabatı verən “Alphabet Inc.” səhmləri yüksəldi. “Intel Corp.”un proqnozları zəif çıxdı.
FED rəsmilərinin açıqlamalarından sonra qısamüddətli artımla müşahidə edilən ABŞ istiqrazlarının faizləri bu gün səhər saatlarında yüksəlişlərini davam etdirir. “Bloomberg”in Çinin bəzi ABŞ mallarına rüsumlardan imtina etməyi planlaşdırdığını bildirməsindən sonra Asiyada fond bazarları yüksəlir. Çin “CSI 300” və “Hong Kong Hang Seng” müvafiq olaraq bahalaşıb.
Yaponiyanın “Nikkei 225” indeksi ABŞ-Yaponiya ticarət danışıqları ilə bağlı müsbət gözləntilər əsasında 1,9 faiz, “Kospi indeksi” isə ABŞ-ın Maliyyə Naziri Skott Bessentin ABŞ-ın gələn həftə Cənubi Koreya ilə ticarət razılaşması əldə edə biləcəyini deməsindən sonra 1 faiz dəyər qazanıb.
“Bloomberg”in dolların göstəricisi cümə axşamı günü 0,4 faiz ucuzlaşdıqdan sonra itkilərinin çoxunu geri qaytarıb, “Deutsche Bank” dolların qarşıdakı illərdə struktur enişinə girəcəyini və on ildən artıqdır ki, avro qarşısında ən zəif səviyyəsinə düşəcəyini xəbərdar edib.