Vaxt.Az

4 milyard avro dəyəri var


 

Fransada fermerin ərazisində 150 tondan çox qızıl tapılıb

4 milyard avro dəyəri var Fransalı fermer Mişel Düponun torpağında 150 tondan çox qızıl aşkar edilib. Fransız mətbuatında çıxan xəbərlərə görə, Düpon Auvergne bölgəsində diqqətini çəkən tarlasını qazarkən bir neçə qızıl parçası tapıb.

Hadisə yerinə gələn geoloqlar tərəfindən aparılan araşdırmalarda sözügedən ərazidə 150 ​​tondan çox qızılın olduğu müəyyən edilib.

Qızıl yatağının təxminən 4 milyard avro dəyərində olduğu təxmin edilir ki, bu da onu son illərdə ölkədəki ən böyük qızıl kəşflərindən biri sayılır.

Rəsmi orqanlar hələ də Dupont torpaqlarında qızıl hasilatına icazə verməyib, ərazidə təbiəti qorumaq üçün araşdırma aparılmasını istəyiblər. Fransada qızıl yataqlarının istismarı hökumətin yurisdiksiyasına aiddir.

İqtisadi ekspertlər sözügedən qızılın çıxarılmasının yüzlərlə insanı işlə təmin etməklə region iqtisadiyyatına əhəmiyyətli töhfə verə biləcəyini desələr də, ekoloji müdafiəçilər belə bir fəaliyyətin təbiətə mənfi təsir göstərə biləcəyini iddia edirlər.

 





25.04.2025    çap et  çap et