Müharibə illərində çalışan mütəxəssislər gizli Manhetten Layihəsi çərçivəsində hər gün təxminən bir ton uran istehsal edirdilər. İstehsal edilən uranın ölkə daxilindəki atom bombası laboratoriyalarına göndərilərkən, nüvə yanacağının tullantıları isə şəhərin 82 fərqli nöqtəsinə atılır.
***
Bu zəhərli tullantılar Missuri çayına düşərək məktəbləri, idman meydançalarını və hətta qəbiristanlıqları əhatə edən “Coldwater Creek”də 20 mil uzunluğunda yayılıb. Lakin bunun əvəzi illər sonra ağır şəkildə ödənilməyə başlanıb.
İllər keçdikcə bölgədə yaşayan insanların nəsilləri xərçəng və otoimmün xəstəliklərlə mübarizə aparmağa başlayıblar. Şəhərdə çalışan həkimlər gənc xəstələrdə getdikcə daha ciddi xərçəng növləri ilə qarşılaşdıqlarını bildirirlər.