Vaxt.Az

Yüksəlişdən enişə


 

ABŞ Prezidentinin görüşmək xəbərini Çin təkzib edir

Yüksəlişdən enişə Tarif danışıqlarına ümidlər artdıqca qızılın rekord yüksəlişi öz yerini eniş verdi. Həftənin son ticarət günündə qiymətli metal ucuzlaşıb. Qızılın bir unsiyasının qiyməti 1 faizdən çox ucuzlaşaraq 3290 dollardan aşağı düşüb. Qram qızılın qiyməti də 181 manatdan aşağı olub.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinin təkziblərinə baxmayaraq, Ağ Ev Pekinlə ticarət razılaşması əldə etmək üçün danışıqlar aparır. Dünən Çinin Ticarət Nazirliyinin sözçüsü He Yadonq ikitərəfli danışıqlarda irəliləyiş əldə olunduğuna dair fərziyyələri təkzib edib: “Mən vurğulamaq istərdim ki, hazırda Çin və ABŞ arasında iqtisadi və ticarət danışıqları yoxdur”. Pekində jurnalistlərə danışan sözçü, əlavə edib ki, “danışıqlarda irəliləyişlə bağlı hesabatlar əsassızdır və faktlara əsaslanmır”. Tramp, bir müxbirin Çinin günortadan sonra verdiyi açıqlama ilə bağlı sualına, “Bu səhər görüşdülər”, – deyib. Danışıqlarda hansı administrasiya rəsmilərinin iştirak etdiyi ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: “Onların kim olmasının fərqi yoxdur. Bunu sonra elan edə bilərik, amma bu səhər görüşlər olub və biz Çinlə danışırıq”.

 





25.04.2025    çap et  çap et