Yapon tədqiqatçıları xüsusi hazırlanmış pilotsuz uçuş aparatlarından istifadə edərək ildırımın idarə edilməsinə və enerjinin təhlükəsiz şəkildə yönləndirilməsinə nail olublar. Bu ixtira havaya nəzarət texnologiyalarında dünyada bir ilk hesab olunur.
Nippon Teleqraf və Telefon Korporasiyası (NTT) tərəfindən həyata keçirilən layihə, Yaponiyada hər il təxminən 1 milyard funt sterlinq dəyərində ziyana səbəb olan ildırım vurmasının yaratdığı təhlükəni azaltmaq məqsədi daşıyır.
2024-cü ilin dekabrı ilə 2025-ci ilin yanvar ayları arasında keçirilən sınaqlarda təxminən 300 metr yüksəklikdəki fırtına buludlarının içinə pilotsuz təyyarələr göndərilib və elektrik sahəsi müəyyən səviyyəyə çatdıqda ildırım keçid mexanizmi ilə idarə olunan şəkildə yerə bərkidilmiş xüsusi yerə yönləndirilib.
Dronu ildırımdan qorumaq üçün xüsusi metal qəfəs hazırlanıb. Sistem elektrik sahəsindəki dalğalanmalardan istifadə edərək ildırımları təhlükəsiz ərazilərə yönəltmək qabiliyyətinə malikdir. Uzunmüddətli perspektivdə, dron şəbəkələri quraraq, şəhərləri və kritik infrastrukturları, xüsusilə ənənəvi ildırımlar üçün ən çox təsir etdiyi külək turbinləri və stadionları kimi əraziləri ildırım təhlükəsindən qorumağı hədəfləyir.
NTT rəsmiləri “Fujitsu” ilə birlikdə həyata keçirdikləri bu layihənin insanların təhlükəsizliyini artıracağını, bunun infrastrukturu qoruyacağını və ekstremal hava hadisələrinin yaratdığı problemləri əhəmiyyətli dərəcədə azaldacağını bildirib.