Vaxt.Az

Dedi-qodunun ruscası


 

Ayaz Salayevə ithaf olunur...

Dedi-qodunun ruscası Bizim kənddən bir az o yana N saylı kənddə doğru-düzgün Azərbaycan dilində danışa bilməsələr də, amma rusca qeybəti bacarırlar. Özü də yaşlı qadınlar. Allah rəhmət, eləsin çoxdan ölüblər. Uşaq idik. ordakı qohumlargilə gedərdik, onlar da bizə gələrdilər. Söhbətlərini maraqla dinlərdim. Xüsusilə gəlindən qeybət edərdilər. Nə deyirdilər? Aldı görək yaddaşım nə deyir.

Mənim səydərəş oğlum sözümə baxmadı. Leyla Bədirbəyli kimi qızı qoydu, getdi bu silyotkanı aldı. (Hələ də o kənddə qəşəng qızlara Leyla Bədirbəyli deyirlər.) Danışanda da deyir ki, maa balojnudu..

Elə də oturur ki, elə bil minisdir abaronun qızıdır. Hələ da o kənddə minisdir abaron bənzətməsi qalmaqdadır. Sonralar düşünürdüm ki, niyə məhz müdafiə naziri? Bu qadınlar 41-45-i görmüşdülər. Bəlkə o zaman minisdir abaron Jukovdan çox danışırmışlar ona görədir. Nə isə...

Gəlin deyir heç kimi pirnimat eləmirəm. Odeee oturub çnelləriynən. Oğlum da bunun paçinonnusudu.

O il dədəsi ölmüşdü. Gəlin arada gedir ehsan qazanlarının yanına. Görüb biri yeyir, biri aparır. Oyandan qayıt ki, işto za besparyatka?

Nə deyim ey, serona vejiqulusuna deyil ... Narkom balası da bu ləyaxda olmaz. Hər şey bunun isbirijenisindədi. Oğlum da ismirna durur qabağında iraqqazıca.

Vaşşe qarışmıram taa.

Gördünmü, Ayaz uçitel. Ruscağımız qədim zamanlardan xaraşo. Üç il olardı naçalnik idyot Azərbaycana. Xoşu gəldi burda 34 faiz rus məktəblərinin olmasından. Çox güldü, sevindi. İndi bəlkə də 54 faiz olar. Sevindirək urus naçannikimizi. Qoy bizə malades desin. Malades!...

 





25.04.2025    çap et  çap et