 Bu il iyul ayının 22-də mətbuatımızın öncülü “Əkinci” qəzetinin işıq üzü görməsinin 150 ili tamam olur. Həmin gün Azərbaycanda Milli Mətbuat günü elan olunub. Həmin bayramın təmtəraqlı qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzaladı. Sərəncamda deyilir.
		
		
Bu il iyul ayının 22-də mətbuatımızın öncülü “Əkinci” qəzetinin işıq üzü görməsinin 150 ili tamam olur. Həmin gün Azərbaycanda Milli Mətbuat günü elan olunub. Həmin bayramın təmtəraqlı qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzaladı. Sərəncamda deyilir.Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etsin.
 çap et
  çap et