Vaxt.Az

Tramp Çinə xərac kəsdi


 

ABŞ prezidenti nə istədiyini özü də bilmir: “Əhəmiyyətli bir şey”

Tramp Çinə xərac kəsdi ABŞ prezidenti Donald Tramp “Air Force One”da təyyarəsində cari hadisələrlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb. Tramp jurnalistlərə açıqlamasında Çinə tətbiq edilən tariflərdən geri çəkilməyəcəyini bildirib. “Çin bizə əhəmiyyətli bir şey verməsə, tarifləri aşağı salmayacağıq” deyən Tramp faktiki olaraq Çinə xərac qoydu.

Keçmiş prezident Co Bayden dövründə gündə 5 milyard dollar itirdiklərini və bu rəqəmi aşağı saldığını bildirən Tramp, bu itkinin tezliklə geri alınacağını, lakin hələ gediləcək bir yol olduğunu qeyd etdi.

İkitərəfli gömrük rüsumlarının yeni təxirə salınmasının çətin olduğunu ifadə edən Tramp, razılaşacaqlarını, əks təqdirdə tarifləri məqbul şəkildə təyin edəcəklərini bildirib.

***

Bazarların tariflərə uyğunlaşması ilə bağlı suala Tramp, "Mənim fikrimcə, baş verənlərə baxsanız, keçid dövrü olacağını söylədik. İnsanlar bunu anlamırdılar, indi anlamağa başlayıblar”, – cavabını verib.

Bazarlarda insayder ticarətinin olub-olmaması ilə bağlı suala cavab olaraq Tramp deyib ki, özü üçün öhdəlik götürə bilər, lakin minlərlə insan bu iş üçün çalışır. Tramp kiminsə bunu edə biləcəyini düşünmədiyini qeyd edib.

 





26.04.2025    çap et  çap et