Vaxt.Az

İstanbulda növbəti zəlzələlər


 

İnsanlar gecəni küçələrdə keçirdilər

İstanbulda növbəti zəlzələlər Fəlakət və Fövqəladə Hallar Departamentinin son məlumatlarına görə, İstanbulun Beylikdüzü rayonu sahillərində Mərmərə dənizində 4,3 bal gücündə zəlzələ baş verib. Saat 20:33-də baş verən yeraltı təkan yerin 7,01 kilometr dərinliyində baş verib.

Aprelin 23-də Silivri sahillərində İstanbulda böyük qorxuya səbəb olan 6,2 bal gücündə zəlzələdən sonra Mərmərə dənizində silsilə təkanlar davam edir.

***

Mərmərə dənizində baş verən son zəlzələlərin siyahısı...

 

Mərmərə dənizi:             22:55                    3,2

Mərmərə dənizi:             22:54                     3,2

Mərmərə dənizi:             21:07                     3,7

Mərmərə dənizi:             21:06                     3,5

Mərmərə dənizi:             20:33                     4,3

Mərmərə dənizi:             20:21                     3,5

Mərmərə dənizi:             18:32                     3.4

 

Yeraltı təkanları Əsənyurd, Böyükçəkməcə və Arnavutköy, Kiçikçəkməcə və Zeytunburnu kimi rayonlarda hiss edən vətəndaşlar evlərindən çölə axışıb. Zəlzələ səbəbiylə vətəndaşların gecəni küçələrdə keçirib.

 





26.04.2025    çap et  çap et