Vaxt.Az

Bağıran adam...


 

Nikol öz xalqını daha yaxından tanıdıqca, dəhşətə gəlir...

Bağıran adam... Zaman dəyişib, beynəlxalq reallıqlar dəyişib, hamı real rejimə keçib, lakin ultramillətçiliyə, faşizmə, “böyük ermənistan”çılığa köklənmiş ermənilər isə hələ də 90-cı illərin havasıyla düşünür, addım atır və ümidlənirlər.

Ancaq az öncə qeyd etdiyim kimi, beynəlxalq reallıqlar dəyişdiyinə və “liboş”-qlobalistlərin ikili standartlar siyasəti aradan qalxdığına görə ermənilərin ümidləri, xəyalları və cəhdləri də birbəbir boşa çıxır.

Bayden dövründən fərqli olaraq indi artıq beynəlxalq təşkilatlar da bir çox hallarda obyektiv, ikili standartlarsız qərarlar qəbul etdiklərinə görə ermənilərin Azərbaycan əleyhinə beynəlxalq təşkilatlara, o cümlədən Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə çoxsaylı müraciətləri, əsassız şikayətləri də bir-birinin ardınca suya düşür, geri çevrilir, rədd olunur.

İndi “erməni qanunları” artıq işləmir. Özünü hər şeyə qadir hesab edən dünya erməniçiliyi (erməni lobbisi) də artıq gücsüzləşib. Beynəlxalq təşkilatlar nəhayət Ədalət, Tərəfsizlik, Neytrallıq kimi təməl prinsiplərə qayıdaraq beynəlxalq hüquq normaları ilə işləməyə başlayıblar.

Və budur, aprelin 25-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməni əsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib.

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verib.

Beləliklə, özü irqçiliyə, milli-etnik zəmində ədavətə, türkəfobiyaya, azərbaycanfobiyaya yol verdiyi halda, qabaqdangəlmişlik edərək Azərbaycanı və azərbaycanlıları irqi ayrı-seçkilikdə, ermənifobiyada ittiham edən Ermənistan tərəfinin növbəti iddiaları və yalanları da Beynəlxalq Məhkəmə səviyyəsində rədd edildi.

Bu nə deməkdir?

Bu o deməkdir ki, ermənilər yamyamlar kimi hərəkət etməyə son qoymalı, 90-cı illərin “miatsum”çuluq, “böyük ermənistan”çılıq kimi qızışdırıcı, təcavüzkar ideyalarından əl çəkməli, reallıq hissinə qayıtmalı, barbar qəbiləçilikdən adekvat topluma çevrilməli, qonşuları ilə (ilk növbədə isə Azərbaycan və Türkiyə ilə) normal, sivil münasibətlər qurmağa çalışmalıdırlar. Bəli, Beynəlxalq Məhkəmə erməniləri və Ermənistanı məhz buna dəvət edir. Başqa sözlə desək, Beynəlxalq Məhkəmə ermənilərə deyir ki, bəsdirin, bu zehniyyətdən əl çəkin, özünüzü ibtidai icma dövrünün vəhşi qəbilələri kimi aparmağa son qoyun.

Lakin Beynəlxalq Məhkəmə hakimlərinin bu xitabı revanşizmə köklənmiş ermənilərin tutulmuş qulaqlarına və sönmüş idraklarına çatacaqmı, onların ruh halına sirayət edəcəkmi, bəlli deyil. Aprelin 24-də qondarma “soyqırımı” münasibətilə Azərbaycan və Türkiyə bayraqlarını yandıran, küçə yürüşlərindən və sosial şəbəkələrdən Azərbaycana kin qusan bir qəbilə çətin ki, Beynəlxalq Məhkəmənin çağırışlarına sağlam yanaşsın.

Çünki bu qəbilə sanki 21-ci əsr reallıqlarına uyğunlaşa bilməyəcəyini dərk edərək saxtakarlıq, təcavüzkarlıq, terrorçuluq, separatçılıq, irqçilik, revanşistlik kursunu əvvəlki templə davam etdirməyə qərar verib. Daha real desək, ermənilər özünüməhvetmə yolunu seçiblər. Ona görə də Nikol Paşinyan da getdikcə öz xalqını daha yaxından tanıdıqca, dəhşətə gəlir. Onun son vaxtlar Ermənistan parlamentinin kürsüsündən tez-tez əsəbi, çılğın çıxışlar etməsi də elə bundan qaynaqlanır.

Nikol öz xalqının necə fəlakətli bir yolda olduğunu dərk etdiyinə görə soydaşlarını “tarixi Ermənistan” miflərindən əl çəkməyə, “real Ermənistan”a odaxlanmaya, istiqamətlənməyə çağırır. Daha doğrusu, çağırmır e, rəsmən bağırır, fəryad edir, isteriya qoparır.

Lakin gözləri, qulaqları və ruhları möhürlənmiş ermənilər isə zombilik halından çıxmağa, qurtulmağa tələsmirlər...

 





26.04.2025    çap et  çap et