Vaxt.Az

Süni intellektə inanıb boşandı


 

“ChatGPT”nin qəhvə falı 12 illik evliliyi dağıtdı

Süni intellektə inanıb boşandı Yunanıstanda 12 ildir evli olan cütlük qəhvə falına görə boşanıb. “ChatGPT”yə qəhvə falına şəklini göndərərən qadın süni intellektin dediklərinə inandıqdan sonra ərindən boşanmaq üçün ərizə verib.

Süni intellekt Yunanıstanda boşanmaya səbəb olub. Bir qadın qəhvə falının fotosunu çəkərək süni intellektli söhbət proqramı olan “ChatGPT”yə göndərib. Süni intellektin danışdığı hekayəyə inanan qadın əvvəlcə ərini evdən qovmağa çalışıb, sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

***

Süni intellekt falda “adı E hərfi ilə başlayan gənc qadının” gördüyünü deyib. Buna inanan qadın ərinin onu aldatdığını əsas gətirərək boşanma ərizəsi verib.

Vəziyyətdən şoka düşən kişi dedi: "Həyat yoldaşım sosial şəbəkədə viral olan tendensiyanın bir hissəsi kimi qəhvə hazırladı və onu içdikdən sonra fincanların şəkillərini çəkdi və “ChatGPT”dən şəkli təhlil etməsini istədi. Onu narahat etməmək üçün oyuna qoşuldum. “ChatGPT”də danışan qəhvə falı onu bir qadınla aldatdığımı iddia etdi. Həyat yoldaşım uşaqlarımıza boşanacağımızı söylədi və məndən evdən çıxmağımı istədi. Cəfəngiyatdır, üç gün sonra mənə boşanma ərizəsi verildi və mən şoka düşdüm”.

Hadisə Yunanıstan mətbuatında ilk hadisə kimi diqqət çəkib. Ərinin vəkili açıqlamasında “Uşaq böyüdən adamın süni intellektin ona dediyi bu cəfəngiyata təslim olacağına inana bilmirəm” deyib və həyat yoldaşına qarşı qəyyumluq işi qaldırcağını deyib.

 





27.04.2025    çap et  çap et