Bəs, partlayışın səbəbi nədir, səbəbkarı kimdir?
Səbəb, səbəbkar hələlik rəsmi olaraq açıqlanmayıb. Çünki molla rejiminin özü də bu sualı cavablandırmağa çətinlik çəkir. İşin bir qəliz cəhəti də ondadır ki, budəfəki partlayışla bağlı heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
İsrail isə bu dəfə ənənəsini pozaraq tez-tələsik açıqlama verdi və partlayışda rol almadığını bildirdi. İsrailin belə tələskənliyi bir sıra suallar doğurur, şübhələnmək üçün əsas verir. Lakin molla rejiminin əlində hələlik bu partlayışı məhz İsrailin törətdiyini təsdiqləyən heç bir real dəlil-sübut yoxdur.
Bəs, ABŞ necə, bu partlayışda onun da əli ola bilərmi?
Əlbəttə, nəzəri baxımdan, bu partlayışın ABŞ tərəfindən törədildiyini düşünmək mümkündür. Ancaq praktiki cəhətdən isə bu gün İranla nüvə danışıqlarının üçüncü raundunu davam etdirən bir ölkə kimi ABŞ-ın sözügedən partlayışı təşkil etməsi inandırıcı görünmür.
Ona görə də molla rejimi bu dəfə partlayışa görə məsuliyyəti kiminsə boynuna rahat-rahat yıxa bilməyəcək.
P.S. Məncə, molla rejimi bu dəfə baş vermiş dəhşətli partlayışın səbəbini, səbəbkarlığını kənar yerlərdə deyil, məhz özündə axtarmalıdır. Şər dövləti rolunda çıxış edən, daim aqressiv xarici siyasət yürüdən, əksər qonşuları ilə yola getməyən belə bir toksik ölkənin başına bu cür tükürpərdici hadisələrin gəlməsi təbiidir. "Bumeranq effekti" nəzəriyyəsini heç kəs ləğv etməyib...