Keçmişdə ABŞ-Hindistan müttəfiqliyi mümkün deyildi. Soyuq müharibənin gedişində kommunist Çin ilə Pakistan ABŞ-ın əsas müttəfiqi idi.
Hazırda Pakistanın əlində Çinlə birlikdə istehsal etdiyi “JF-17” ilə yanaşı “F16”lar, Hindistanın əlində isə Fransadan əldə etdiyi Rafael qırıcıları var.
İndilik Hindistanda belə bir fikir var ki, müharibənin baş verməsində əsas maraqlı tərəf Çindir, ona görə də onun cəzalandırılmasından başlamaq lazımdır.
Hər ölkə strateji silahlara (raketlər) hardasa bərabər sayda malikdir.
Göründüyü qədər Pakistan Zəka, Strategiya və qlobal dəstək prizmasından çox da zəif görünmür.
Digər bir problem maliyyə ilə bağlıdır.
Pakistanın xarici valyuta ehtiyatları 15 milyard dollar, Hindistanın isə 686 milyard dollara bərabərdir.
Yəni savaşın xərci 1 gündə 700 milyon, həftədə 4 milyard, ayda isə 15 milyarda qədər çıxmaqla müharibənin reallıqda 10 gündən artıq sürməyəcəyi görünür.
NATO-Rusiya (Ukrayna)
ABŞ-İran (İsrail)
ABŞ-Çin (Tayvan)
indi Pakistan-Hindistan?
Demək olar ki, geosiyasət oyunu oynayan biri başqa bir dünya müharibəsini də törətməyə çalışır.
Nə ABŞ, nə də Rusiya Hindistana tam etibar etməyib. Rusiya Soyuq Müharibə dövründə 1971-ci il müharibəsinə yardım edən əsas müttəfiq olub, lakin onun Çinlə son əlaqələri narahatlıq doğurur. ABŞ 2000-ci illərdən bəri texnologiya və müdafiə ilə əlaqələri gücləndirir, lakin keçmiş Pakistan dəstəyi və sanksiyaları şübhələr yaradır. Fransa və İsrail daha etibarlıdır. Fransa 1998-ci ildən sonra Hindistanın nüvə sınaqlarına sanksiya qoymadı və İsrail əsas müdafiə tərəfdaşıdır.
Hindistan bu əlaqələri strateji baxımdan balanslaşdırır.
Hindistanın müharibəyə başlaması ən vacib müttəfiqi İsrail üçün də ciddi problemlər doğurur.
“Flayt” radar göstərir ki, Türkiyədən Pakistana hərbi təyinatlı yüklər artıb.
Maraqlı bir müşahidə də var:
Ceyms Vensin Vatikana səfəri ilə Papanın ölümü, Hindistana gedişi ilə Pakistanda savaş çıxması çox qəribədir.
Bu arada, Kəşmir bölgəsinin 1 hissəsi də Çinə düşür. Yəni bölgədə avtomatik üç nəhəng aktor var.
Əfqanıstanda isə ABŞ hərbi bazası.
Hindistanın digər tərəfində isə Banqladeş də Pakistanla müttəfiqdir və Hindistana qarşı çıxış edir.
Bu arada silahlar və ordu təchizatı göstərir ki, nəhəng hind hərbi qruplarına qarşı Pakistan Ukrayna (şəhər savaşları) təcrübəsi tətbiq etməyə hazırlaşır.