Vaxt.Az

Bulvara dollar “yağdı”


 

İnkassatordan dollar töküldü bir anda “buxarlandı”

Bulvara dollar “yağdı” Ötən həftə ABŞ-ın Çikaqo şəhərində qeyri-adi hadisə baş verib. Mühafizə şirkətinə məxsus inkassatorun arxa qapısından yola tökülən pul kisələri yerli sakinlər tərəfindən talan edilib.

NBC xəbər verir ki, “Brinks” inkassator maşını Oak Park məhəlləsindən keçərkən arxa qapısı naməlum səbəbdən açılıb. Qapı açılan kimi içərisində 300 min dollar nağd pul olan üç çanta Ostin bulvarına səpələnib.

Bildirilib ki, təsadüfən səpələnmiş pulları görən 50-100 nəfər sürətlə hadisə yerinə axışıb, pulu yığıb qaçıblar.

Şirkət rəsmiləri yerə düşən çuvallardan təxminən 300.000 dolların bir anda qeyb olunduğunu qeyd edib. Hadisədən sonra təhlükəsizlik qüvvələri ərazidə araşdırmalara başlayıb, lakin Oak Park rəsmiləri indiyə qədər heç kimin həbs olunmadığını bildiriblər.

Səlahiyyətlilər hadisənin necə baş verdiyi ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər. “Brinks” dəymiş itkilərə görə kompensasiya tələb etmək üçün məhkəmə prosesi başlatmağa hazırlaşır.

 





28.04.2025    çap et  çap et