Vaxt.Az

“Sadəcə iki seçim qalıb”


 

Putin Trampı qəzəbləndirdi

“Sadəcə iki seçim qalıb” ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin ona mane olduğunu iddia edib. Tramp “Truth Social” platformasındakı paylaşımında, "Putinin mülki əhalinin yaşadığı şəhər və qəsəbələrə son raket hücumlarının heç bir əsası yoxdur. Bu, onun müharibəni bitirmək istəmədiyini göstərir. Ola bilsin ki, onun qarşısı bankçılıq və ya ikinci dərəcəli sanksiyalar kimi başqa üsullarla alınmalıdır. Çox sayda insan həyatını itirir”, – yazıb.

Dünən Papa Fransisin dəfn mərasimi üçün Vatikandakı Müqəddəs Pyotr Bazilikasında bir araya gələn Tramp və Ukrayna prezidenti Vladimir Zelenski səmimi görüş keçirərkən mətbuatda görüntülənib.

Dünyanın Zelenski görüşü “tarixi an” kimi qiymətləndirdiyi qarşılaşmada iki lider Ağ Evdəki mübahisəli danışıqlardan sonra ilk dəfə Vatikanda görüşüblər.

Bu arada ABŞ-ın xüsusi nümayəndəsi Steve Vitkoff aprelin 25-də Moskvada Putinlə görüşündə tərəflərin razılığa çox yaxın olduğunu bildirmişdi. Lakin Moskva son aylarda Ukraynaya hücumlarını gücləndirib. Aprelin 24-də Kiyevdə baş verən hücumda ən azı 12 nəfər həlak olub.

Rusiya 2022-ci ilin fevral ayından bəri davam edən müharibədə Ukraynanın Luqansk, Donetsk, Zaporojya və Xerson bölgələrinə nəzarəti ələ keçirib. Tramp bir müddət əvvəl 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımın Rusiyaya aid olduğunu iddia edərək Zelenski tərəfindən sərt şəkildə tənqid edilib. Zelenski bunun Ukrayna konstitusiyasına zidd olduğunu vurğulayıb və ölkəsinin heç bir ərazisindən imtina etməyəcəyini bildirib.

 





28.04.2025    çap et  çap et