Vaxt.Az

Xalq artisti dözmədi


 

Yalçın Rzazadə: «Bu mahnılar mənimdir»

Xalq artisti dözmədi Mahnıları özəlləşdirən sənətçilər sırasına biri də əlavə olundu. Publika.Az-a açıqlama verən xalq artisti Yalçın Rzazadə Emin Sabitoğlunun bir neçə mahnısının məhz onun üçün yazıldığını iddia edib: «Emin Sabitoğlunun «Dədə Qorqud» filmi üçün bəstələdiyi və oxuduğum musiqilər mənim səsimə yazılıb. O mahnılar mənə məxsusdur».Xatırladaq ki, 7-8 il bundan öncə, xalq artisti Oqtay Kazıminin də bir neçə mahnısının məhz ona məxsus olduğunu demişdi. Hətta Oqtay Kazıminin «Taleyim» adlı mahnısını oxuduğuna görə, onunla Mətanət İsgəndərli arasında qalmaqal da yaşanmışdı.
 





29.12.2012    çap et  çap et