Lakin Donald Trampın Avropa ilə münaqişəsi də Norveç və Qrenlandiya arasındakı bu adanı kənarda saxlayır.
Yalnız sahil mühafizəsi olan islandiyalılar həm AB-yə daxil olmaq, həm də ölkənin müdafiə gücünü artırmağı müzakirə edirlər. Baş nazir Kristrun Frostadottir 2013-cü ildə dayandırılan AB-yə üzvlük danışıqlarının 2027-ci ildə referendum keçirilərək yenidən başlanılıb-başlanılmaması ilə bağlı sual verib.
Dekabrda vəzifəyə başlayan 36 yaşlı siyasətçi “Xalq heç vaxt ordunu dəstəkləməyib və bunun qısa müddətdə dəyişəcəyini düşünmürəm. Amma bu o demək deyil ki, biz fəal müdafiəyə malik olmayacağıq və ya effektiv ittifaqlar qura bilməyəcəyik”.
2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra artan gərginlik Amerikanın Keflavik aviabazasındakı əməliyyatlarının bərpasına səbəb oldu.
“The Wall Street Journal” yazır ki, Vaşinqton öz müdafiə sistemlərini Qrenlandiya və İslandiyada yerləşdirib, çünki nüvə müharibəsi baş verəcəyi təqdirdə Rusiya raketlərinin onun ərazisinə yönəldiləcəyini gözləyir.
İslandiyanın Qrenlandiya qədər faydalı qazıntıları yoxdur, bu da Trampın onu ilhaq planlarına daxil etməsinə mane olub.
ABŞ və Avropa NATO müttəfiqlərinin döyüş təyyarələri Rusiya təhdidləri üçün İslandiyanın hava və dəniz məkanını izləyir.
Digər tərəfdən qlobal böhranlarda vasitəçilik səyləri və vətəndaşlarının rahat həyatı ilə diqqət çəkən Norveç, İsveç, Danimarka və Finlandiya artan Rusiya təhlükəsinə qarşı birlikdə hazırlaşır.
Əhalisinə nisbətdə Ukraynaya yardım edən Avropa ölkələri siyahısında birinci yerdə olan bu dörd ölkə ABŞ ordusundan asılı olmamağı hədəfləyir.