Maraqlıdır ki, Azərbaycan bayrağı burada narkotik maddələr, spirtli içkilər və etikaya zidd məhsullarla eyni kateqoriyada təqdim olunub. Bu addım İran fars-molla rejiminin Azərbaycan Respublikasına və ümumilikdə Azərbaycan türk millətinə qarşı yürütdüyü növbəti açıq-aşkar düşmənçilik və anti-Azərbaycan siyasətinin bariz nümunəsidir.
Fars-molla rejimi illərdir ki, öz daxilində yaşayan milyonlarla Azərbaycan türkünə qarşı sistemli ayrı-seçkilik və təzyiqlər həyata keçirir. İndi isə Azərbaycan Respublikasının rəsmi dövlət simvollarını təhqir etməklə bu siyasəti bir daha nümayiş etdirir.