Vaxt.Az

“Onlara istədikləri qədər fentanil verərdim”


 

ABŞ-da evsizlərin məcburi psixi xəstəxanaya yerləşdirilməsi gündəmdədir

“Onlara istədikləri qədər fentanil verərdim” “The Washington Post” yazır ki, ABŞ-da evsiz insanların zorla ruhi xəstəxanalara yerləşdirilməsi nəzərdən keçirilir.

Ölkənin müxtəlif yerlərində evsizlərin ictimai yerlərdə qurduqları düşərgələri dağıtmaq üçün hərəkətə keçən səlahiyyətlilər həftə ərzində Ədliyyə Nazirliyinin əməkdaşlarına bu problemin necə həll olunacağı ilə bağlı elektron məktub göndəriblər.

Aprelin 30-a qədər cavab tələb edən mesajda müxtəlif suallar var.

Bunlardan, “Ədliyyə Departamenti başqa cür qayğı qəbul etməyən və ya qəbul edə bilməyən ciddi psixi xəstəliyi olan şəxslərin məcburi xəstəxanaya yerləşdirilməsindən daha tez-tez istifadə etmək üçün nə edə bilər”, – sualı müzakirələrə səbəb olub.

“Ədliyyə Departamenti asayişi qorumaq və xroniki avaraları ictimai yerlərdən uzaqlaşdırmaq və onları daha sıx şəkildə cəmləşdirməklə resurslardan və xidmətlərdən daha səmərəli istifadə etmək üçün necə daha effektiv hərəkət edə bilər”

Ədliyyə Departamentinin sözçüsü Çad Qilmartin qəzetə beyin fırtınası araşdırmasını təsdiqləyərək, bunun sosial dəstək proqramları üçün büdcənin kəsilməsi ilə əlaqəli olmadığını iddia etdi.

“The Washington Post”, Donald Trampın əvvəlki administrasiyaların mənzil siyasətindən imtina etdiyini vurğulayır.

ABŞ-ın Kaliforniya ştatının Lankaster şəhərinin Respublikaçılar Partiyasının meri Reks Parris şəhər şurasının iclasında evsizlik problemini müzakirə edərkən, “Mən onlara pulsuz fentanil verməkdən başqa bir şey istəmirəm. Onlara istədikləri qədər fentanil vermək istəyirəm”, – sözlərilə qəzet manşetlərinə çıxıb.

Təkcə ABŞ-da 2023-cü ildə 107 543 nəfərin həddindən artıq dozadan öldüyü söylənilir. Bunlardan 74,702 ölümə fentanil kimi sintetik opioidlər rol oynayıb.

Son 10 ildə 450.000-dən çox ABŞ vətəndaşının bu narkotiklərdən öldüyü, milyonlarla insanın isə asılı olduğu təxmin edilir.

 





28.04.2025    çap et  çap et