Vaxt.Az

Mask “F-35”ləri hədəfə aldı


 

“Ucuz pilotsuz təyyarələr onları dərhal məhv edəcək”

Mask “F-35”ləri hədəfə aldı ABŞ prezidenti Donald Trampın baş müşaviri, milyarder iş adamı İlon Mask ABŞ-ın müdafiə şirkəti “Lockheed Martin” tərəfindən istehsal edilən “F-35”lər barədə, "Ekipajlı təyyarələr ucuz pilotsuz təyyarələr dəstəsi tərəfindən anında məhv ediləcək”, – deyib.

Mask, “X” sosial media hesabında döyüş təyyarələrinin 2024-cü ildə vaxtı və missiyaya hazırlığı baxımından təkmilləşmədiyini bildirən bir status paylaşıb.

“Lockheed Martin”in təyyarələrinin milyardlarla dollara başa gəldiyini tənqid edən paylaşımında Mask, uçaqların ehtiyacların və məqsədlərin səhv müəyyənləşdirilməsi nəticəsində qüsurlu təməl üzərində qurulduğunu, bunun da təyyarəni bahalı, mürəkkəb və hər cür hiylə işlədən, lakin heç bir işdə mütəxəssis olmayan bir alətə çevrildiyini bildirib.

İlon Mask paylaşımnda daha sonra, “İnsanlı döyüş təyyarələri artıq dronlar dövründə köhnəlib. Onlar yalnız pilotların ölümünə səbəb olacaq”, – yazıb.

ABŞ Əməliyyat Sınaq və Qiymətləndirmə İdarəsinin yanvar ayında dərc etdiyi illik hesabatda “F-35” döyüş təyyarələrinin 2024-cü ildə vaxt və tapşırıq hazırlığı baxımından heç bir irəliləyiş göstərmədiyi bildirilib.

Digər tərəfdən, agentliyin 2024-cü il hesabatında “F-35” təyyarələrinin 2023-cü ildə etibarlılıq, texniki xidmət və əlçatanlıqda bəzi çətinliklərlə üzləşdiyi və hədəflənmiş 65 faizlik missiyaya hazırlıq nisbətindən geri qalaraq yalnız 51 faiz performans göstərdiyi qeyd edilib.

 





28.04.2025    çap et  çap et